Yay mövsümünü Bodrumda açdı – paylaşımları minlərlə bəyənmə topladı

Dilara Aksüyek yay mövsümünü Bodrumdə açıb. Hazırda çəkilişləri davam edən "Daha 17" serialında Nuray obrazını canlandıran aktrisa çəkilişlər arasındakı fasiləni istirahətlə dəyərləndirib.

Referans Media xəbər verir ki, dəniz və günəşdən zövq alan aktrisa tətil anlarını sosial media hesabında izləyiciləri ilə bölüşüb. Paylaşımlar qısa müddətdə çoxsaylı bəyənmə və şərhlər toplayaraq diqqət çəkib.

Gərgin iş qrafikinə qısa ara verən Aksüyekin təbii görünüşü və yay ab-havalı fotoları izləyicilər arasında geniş maraq doğurub. Paylaşımlar həm fanatlar, həm də maqazin səhifələrində müzakirə olunan mövzulardan birinə çevrilib.

Aktrisanın çəkilişlərdən imkan tapdıqca sahildə vaxt keçirdiyi və yay boyunca sosial media hesabında aktiv paylaşımlar etməyə davam etdiyi qeyd olunur.

Bodrumdan yayımlanan yeni kadrlar izləyicilər tərəfindən maraqla qarşılanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki