"Susub içimə atıram, danışanda isə..."

"Həmişə hadisələri içimə atıram. Səbr edirəm, edirəm, edirəm… Birdən üzüm çönür, aləm dəyir bir-birinə".
 
Referans Media xəbər verir ki, bu sözləri aktrisa Ülviyyə Xəlilbəyli sosial media hesabında yazıb.
 
Sənətçi izləyicilərinə ünvanladığı sorğuda bürcünün ən pis xüsusiyyətini açıqlayıb:
 
"Mənim bürcümün ən pis xüsusiyyəti budur ki, sözümü vaxtında demirəm. Həmişə altdan alıram, susuram, səbr edirəm, edirəm, edirəm... Amma bir gün elə bir nöqtəyə çatıram ki, birdən partlayıram. Ondan sonra da aləm bir-birinə dəyir. Demək ki, dəmiri isti-isti döymək, sözünü yerində və vaxtında demək lazımdır".
 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki