Türkiyənin tanınmış müğənnisi və aktyoru Yavuz Bingöl öd kisəsində aşkarlanan daş səbəbindən xəstəxanaya yerləşdirilib.
Referans Media xəbər verir ki, İstanbuldakı Başkent Universitetinin Altunizade Xəstəxanasına yerləşdirilən sənətçinin öd kisəsinin əməliyyatla götürülməsinə qərar verilib.
Həkimlərin müayinəsindən sonra Bingölün əməliyyatının gecə saatlarında icra olunması planlaşdırılıb.
Xatırladaq ki, Yavuz Bingöl iyul ayında da öd kisəsindəki narahatlıq səbəbindən Malatyadakı konsertini ləğv etmişdi.
Həmin vaxt verdiyi açıqlamada səhhətində ciddi problem olmadığını bildirən sənətçi öd kisəsini əməliyyatla götürtməyi planlaşdırdığını qeyd etmişdi.
Əməliyyatdan sonra sənətçinin səhhəti ilə bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir./NOCOMMENT.az/
