Dekabrda evlənəcəkdi, indi isə belə dedi – İrem Dericinin açıqlaması gündəm oldu

Türkiyəli müğənni İrem Derici nişanlısı, DJ Melih Kunukçu ilə nə vaxt ailə quracağı barədə suala verdiyi maraqlı cavabla diqqət çəkib.

Referans Media xəbər verir ki, Kiprdəki konsertindən əvvəl jurnalistlərin suallarını cavablandıran sənətçi toy hazırlıqları və evinin təmiri ilə bağlı danışıb. Derici bildirib ki, bütün yay qazandığı pulu evinin təmirinə xərcləyib və hazırda maddi baxımdan çətinlik çəkir.

Jurnalistlərin toyun nə vaxt olacağı ilə bağlı sualına müğənni zarafatla belə cavab verib: “Pul qalmayıb! Kassa boşdur, tamam boşdur. Bütün yay ev üçün işlədim. Bank hesabımdakı pul getdikcə azalır”.

Qeyd edək ki, İrem Derici daha əvvəl dekabr ayında evlənməyi planlaşdırdıqlarını açıqlamışdı. Lakin müğənninin son açıqlamasında toyun təxirə salındığı barədə konkret məlumat verilməyib.

Müğənni müsahibə zamanı süni intellekt texnologiyası ilə bağlı fikirlərini də bölüşüb. Onun sözlərinə görə, süni intellekt tamamilə yeni nəsə yaratmır, mövcud məlumatları daha sürətli şəkildə xidmətə çevirir. Derici Paris Moda Həftəsində podiuma çıxan Serenay Sarıkaya haqqında da danışaraq aktrisanın özünəinamını və səhnə duruşunu yüksək qiymətləndirib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki