Bakıda 50-60 illik park məhv olur: Parkda ağaclar quruyur, antisanitariya hökm sürür! - VİDEO

Bakının Bakıxanov qəsəbəsində yerləşən Gülüstan parkında yüzlərlə ağacın quruduğu, ərazinin isə zibilliyə çevrildiyi bildirilir.

Referans Media xəbər verir ki, ağacların hansı səbəbdən quruduğu hələlik məlum deyil. Bunun yanğın, qəsdən yandırılma və ya digər amillərlə bağlı olduğu ehtimal edilir.

İddialara görə, son vaxtlar parkın ətrafındakı fərdi yaşayış evlərinin, çoxmənzilli binaların və restoranların kanalizasiya suları əraziyə axıdılır. Bu isə parkda antisanitar vəziyyətin yaranmasına səbəb olub.

Təxminən 50-60 il yaşı olan parkda bu problemlərin son aylarda müşahidə edilməyə başlandığı qeyd olunur.

Ərazidə müxtəlif növ ağacların quruyaraq məhv olduğu bildirilir. Bəzi ağacların isə yanğın nəticəsində zədələndiyi və ya qəsdən yandırıldığı ehtimal olunur.

Ətraflı Baku TV-nin süjetində.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki