Bir mesaj hər şeyi dəyişə bilər- Diqqətli olun

Retro dövrünün təsiri ilə bəzi bürclər keçmişdən gələn gözlənilməz mesaj və xəbərlərlə qarşılaşa bilər.

Referans Media  xəbər verir ki, astroloji şərhlərə görə, retro dövrlərində keçmişdə yarımçıq qalmış münasibətlər və həll olunmamış məsələlər yenidən gündəmə gələ bilər. Bu zaman gözlənilməz mesaj, zəng və ya sosial şəbəkədən gələn xəbər bəzi insanlar üçün sürpriz ola bilər.

Xüsusilə Əqrəb, Tərəzi, Dolça, Şir və Qoç bürclərinin nümayəndələri bu dövrdə keçmişdən gələn xəbərlərlə qarşılaşa bilərlər. Uzun müddətdir danışılmayan bir insanın qəfil yazması və ya əvvəllər yarımçıq qalmış söhbətin yenidən başlaması mümkündür.

Əqrəblər keçmişdə iz buraxmış bir şəxsdən mesaj ala bilərlər. Bu xəbər onların uzun müddətdir cavabsız qalan suallarını yenidən gündəmə gətirə bilər.

Tərəzilər üçün gözlənilməz qarşılaşma və ya sosial şəbəkədən gələn mesaj diqqət çəkə bilər. Keçmiş münasibətlə bağlı yeni bir söhbət başlaya bilər.

Dolçalar heç gözləmədikləri bir şəxsin yenidən əlaqə saxlaması ilə qarşılaşa bilərlər. Xüsusilə uzun müddət səssiz qalan münasibətlər yenidən gündəmə gələ bilər.

Şirlər üçün gələcək mesaj emosional baxımdan təsirli ola bilər. Vaxtilə cavabsız qalan bir söhbətin davamı gözlənilmədən ortaya çıxa bilər.

Qoçlar isə keçmişdən gələn xəbərlə seçim qarşısında qala bilərlər. Onların qarşısına çıxan insan köhnə hissləri və ya yarımçıq qalmış məsələləri yenidən xatırlada bilər.

Astroloji yanaşmada retro dövrlərində keçmişin yenidən gündəmə gəlməsi mümkün hesab olunur. Lakin belə mesajların münasibətin mütləq yenidən başlayacağı anlamına gəlmədiyi də vurğulanır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki