Mətbəxdə alüminium folqadan istifadə edənlərə XƏBƏRDARLIQ

Mətbəxdə yeməklərin saxlanılması və hazırlanmasında geniş istifadə olunan alüminium folqa ilə bağlı mütəxəssislərdən ciddi xəbərdarlıq gəlib. ABŞ-nin Northeastern Universitetinin qida təhlükəsizliyi üzrə mütəxəssisi, dosent Darin Detvaylerin sözlərinə görə, folqadan yanlış istifadə sağlamlıq üçün risk yarada, hətta qida zəhərlənmələrinə və bəzi nevroloji problemlərə səbəb ola bilər.

Mütəxəssislər alüminium folqadan istifadə zamanı yol verilməməli olan əsas səhvləri açıqlayıblar:

Turşulu qidaları folqaya bükməyin
Limon, sirkə, pomidor və sitrus meyvələri kimi turşulu məhsullar alüminiumla reaksiyaya girərək metalın qidaya keçməsinə səbəb ola bilər. Bu isə həm qidanın dadını dəyişdirir, həm də sağlamlıq riski yaradır.

Yeməkləri uzun müddət folqada saxlamayın
Folqa hava keçirmədiyi düşünülsə də, tam hermetik deyil. Bu səbəbdən bakteriyaların çoxalması üçün şərait yarana bilər. Saxlama üçün qapaqlı qablar daha təhlükəsiz hesab olunur.

Mikrodalğalı sobada istifadə etməyin
Alüminium folqa mikrodalğaları əks etdirdiyindən qığılcım, nasazlıq və hətta yanğın riski yarada bilər.

Çox yüksək temperaturda ehtiyatlı olun
200 dərəcədən yuxarı temperaturda və açıq alovda istifadə zamanı alüminium hissəciklərinin qidaya keçmə ehtimalı artır.

Sobanın və ya manqalın alt hissəsini folqa ilə örtməyin
Bu, hava dövranını pozur, bişirmə keyfiyyətini aşağı salır və yanğın riskini artırır.

Çiy ətlə təmas etmiş folqanı yenidən istifadə etməyin
Belə hallarda bakteriyaların digər qidalara keçməsi ehtimalı yüksəlir və qida zəhərlənməsinə səbəb ola bilər.

Mütəxəssislər bildirirlər ki, alüminium folqanın əvəzinə şüşə qablar, bişirmə kağızı və silikon soba altlıqlarından istifadə daha təhlükəsiz seçim hesab olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki