Milli Məclisin bugünkü plenar iclasında Hafiz Mahir oğlu İsmayılbəylinin Hesablama Palatasının dövlət auditoru vəzifəsinə yenidən təyin edilməsi məsələsi müzakirə olunub.
İclasda çıxış edən deputat Azər Əmiraslanov bildirib ki, bu məsələyə əvvəlcə müvafiq parlament komitəsində baxılıb və layihəyə müsbət rəy verilib.
Referans Media xəbər verir ki, müzakirələrdən sonra keçirilən səsvermə nəticəsində Hafiz İsmayılbəyli Hesablama Palatasının dövlət auditoru vəzifəsinə yenidən seçilib.
Qeyd edək ki, Hafiz İsmayılbəyli 2019-cu ildən etibarən Hesablama Palatasının auditoru vəzifəsində fəaliyyət göstərir.
