Bakının mərkəzində uşaqlara təhlükə – VİDEO

Bakının Mərkəzi Parkında azyaşlı uşaqların oynadığı ərazidə tülkülər peyda olub.

Referans Media  bildirir ki, bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub.

Vətəndaşların sözlərinə görə, tülkülər hər gün axşam saatlarında parkın eyni ərazisində görünürlər. Bundan narahat olan sakinlər qeyd edirlər ki, yırtıcı heyvan azyaşlılar üçün ciddi təhlükədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki