Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxsə 2000 manat veriləcək.
Referans xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Qeyd edək ki, daha əvvəl bu məbləğ 1800 manat olub.