Aprelin 4-ü Azərbaycan kino sənətinin tanınmış simalarından biri, Xalq artisti Muxtar Maniyevin doğum günüdür.
Referans Media Oxu.Az xatırladır ki, Muxtar Maniyev 1935-ci ildə Bakıda doğulub. İlk təhsilini şəhərin 199 nömrəli məktəbində alıb.
Neft-Kimya İnstitutunda mühəndis ixtisasına yiyələnib. Daha sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunda ikinci təhsil alıb.
