Mobil telefonlar bu xəstəlikləri yaradırmış - XƏBƏRDARLIQ

Müasir dövrdə “ağıllı” telefonlardan istifadənin artması ilə birlikdə boyun və onurğa ilə bağlı sağlamlıq problemləri də daha çox müşahidə olunur.

Referans Media xəbər verir ki, uzun müddət başın aşağı əyilmiş vəziyyətdə qalması bu problemlərin əsas səbəblərindən biridir.

Mütəxəssislərin sözlərinə görə, insanlar gün ərzində saatlarla telefon və planşetdən istifadə edərkən boyun və onurğa normaldan daha çox yük altında qalır.

Normalda təxminən 4–5 kiloqram ağırlıq daşıyan baş, irəli əyildikdə boyuna düşən yük 20–25 kiloqrama qədər arta bilir.

Bu isə zamanla boyun, çiyin və kürək ağrıları, boyun düzləşməsi, disk yırtığı riski, baş ağrısı və sinir sıxılması kimi problemlərə səbəb ola bilər.

Həkimlər bildirirlər ki, boyun sindromu xüsusilə gənclər arasında daha çox müşahidə olunur. Sindromun əsas əlamətləri arasında boyun və çiyin ağrıları, boyun hərəkətlərində məhdudiyyət, ense sərtliyi, qollarda keyimə, duruş pozğunluğu, göz yorğunluğu və diqqət çətinliyi yer alır.

Bu əlamətlər ilkin mərhələdə yüngül olsa da, vaxtında tədbir görülmədikdə xroniki hal ala bilər. Həkimlər boyun sindromundan qorunmaq üçün gündəlik həyatda bəzi sadə qaydalara əməl etməyi tövsiyə edirlər. 

Telefonu göz səviyyəsində istifadə etmək, kompüter ekranını düzgün hündürlüyə qaldırmaq, hər 30 dəqiqədən bir fasilə vermək, düzgün duruşa diqqət etmək, boyun və kürək üçün hərəkətlər etmək, həmçinin ergonomik masa və yastıqdan istifadə etmək əsas profilaktik üsullar kimi göstərilir.

Bu sadə vərdişlər həm mövcud ağrıları azalda, həm də gələcəkdə yarana biləcək ciddi onurğa problemlərinin qarşısını ala bilər./"Cebheinfo.az" 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki