Vəli Quliyev müavini müdir təyin etdi - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində (DƏMX) yeni təyinat baş tutub.


Referans Media xəbər verir ki, Pərviz Məmmədov Risklərin idarəedilməsi və elektron audit şöbəsinin müdiri təyin olunub.

DƏMX-in rəisi Vəli Quliyev bununla bağlı müvafiq əmr imzalayıb.


Pərviz Məmmədov 2024-cü ildən yeni təyinatadək həmin şöbədə müdir müavini olub.


2014-2024-cü illər ərzində isə "NBC Bank", "Turan Bank" və Azərbaycan Mərkəzi Bankında fəaliyyət göstərib./Yurd.Media/

Pərviz Məmmədov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki