MOSSAD rəhbərindən İranla bağlı yeni çağırış

İsrailin xarici kəşfiyyat xidməti “Mossad”ın rəhbəri Roman Qofman ABŞ-a səfəri zamanı Vaşinqton administrasiyasını İrana qarşı hərbi zərbələri yenidən başlatmağa çağırıb.

Referans Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Nəşr yazır ki, bu çağırış ABŞ Prezidenti Donald Trampın İrana qarşı mümkün addımları nəzərdən keçirdiyi vaxta təsadüf edib.

Məlumata görə, İsrailin Baş naziri Benyamin Netanyahunun yaxın tərəfdaşı hesab olunan Qofman ötən cümə günü Vaşinqtonda Tramp administrasiyasının nümayəndələri ilə görüşüb. Görüşlərdə iştirak edən şəxslər arasında Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff də olub.

Danışıqlar zamanı “Mossad” rəhbəri amerikalı rəsmilərə İranın nüvə proqramı ilə bağlı İsrail kəşfiyyatının əldə etdiyi məlumatları da təqdim edib.

Mənbələrin bildirdiyinə görə, Qofman görüşlərdə İrana qarşı bir neçə gün davam edəcək yeni hava hücumları kampaniyasının keçirilməsini təklif edib./Globalinfo.az/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki