Dünən Cared Kuşner vasitəsilə "könüllülər koalisiyası" görüşünün iştirakçıları ilə əlaqə saxlayan Donald Tramp avropalıları və Ukrayna prezidentini Rusiya ilə "razılaşma" əldə etməyə çağırıb.
Referans Media-nın məlumatına görə, bu iddia ilə "The Washington Post" qəzeti çıxış edib: "Tramp cümə axşamı toplanan Avropa liderlərinə, Ukrayna prezidenti Zelenskiyə Vladimir Putinin sülh istədiyini bildirib və onları Kremllə razılaşma əldə etməyə çağırıb ki, onlar (avropalılar – red.) hazırda Ukraynaya xərclədikləri pulları öz ehtiyaclarına yönəldə bilsinlər".
Nəşrin mənbələrindən birinin məlumatına görə, Tramp həmçinin bildirib ki, o və Putin Şençjendəki görüşləri zamanı "vaxtlarının çox hissəsini Ukrayna münaqişəsinin müzakirəsinə" sərf ediblər.
Qəzetin yazdığına görə, Amerika lideri prezident təyyarəsindən Stiv Vitkoffla birlikdə Berlində keçirilən “könüllülər koalisiyası”nın iclasında iştirak edən Kuşnerin mobil telefonuna zəng edib./Musavat.com
