image-mucteba-xamaneibackend

Müctəba Xamenei Trampa MEYDAN OXUDU

İranın Ali rəhbəri Müctəba Xameneyi mövcud şərtlər daxilində danışıqların davam etdirilməsinin əleyhinədir.

Referans Media xəbər verir ki, bu barədə İran parlamentinin üzvü Əli Xəzərian məlumat yayıb.

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü olan Xəzərianın sözlərinə görə, Müctəba Xameneyi hazırkı vəziyyətdə hər hansı bir dialoqun vaxtının uzadılmasına qəti şəkildə etiraz edir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp aprelin 22-də İranla atəşkəs rejiminin uzadıldığını elan edib. Onun sözlərinə görə, qərar Pakistan rəhbərliyinin xahişi ilə qəbul edilib və danışıqların başa çatmasına və vasitəçilərin münaqişənin nizamlanması üzrə vahid təklifinin hazırlanmasına qədər qüvvədə olacaq.

Eyni zamanda Tramp ABŞ hərbçilərinə İran limanlarının blokadasını davam etdirməyi və tam döyüş hazırlığını qorumağı tapşırıb./Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki