ABŞ Avropadan Yaxın Şərqə əlavə hava hücumundan müdafiə vasitələri göndərir.
Referans Media xəbər verir ki, bu barədə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı, general Aleksus Qrinkeviç məlumat verib.
Onun sözlərinə görə, NATO müttəfiqlərinin təhlükəsizliyini təmin etmək məqsədilə bəzi HHM sistemləri artıq Yaxın Şərqə, xüsusilə də Şərqi Aralıq dənizi bölgəsinə yerləşdirilib.
Bundan əlavə qeyd olunub ki, ABŞ Avropadan bir piyada briqadasını çıxarıb. Bununla yanaşı, regiondakı ümumi hərbi kontingentin sayı dəyişməz saxlanılır.
Vaşinqtonun bu addımı İran ətrafında artan gərginlik fonunda regionda müttəfiqlərin təhlükəsizliyini gücləndirmək məqsədi daşıyır.//globalinfo.az























