image-savasta-korkulan-oldu-katar-da-iran-a-karsi-19622051_4436_ampbackend

Müharibə şiddətlənir: Küveyt, Bəhreyn, Oman və digər ölkələr hərəkətə keçdi

İranın hücumları nəticəsində Körfəzdə gərginlik artır. Ekspertlər hesab edir ki, Tehran bölgə ölkələrini hədəf alaraq ABŞ administrasiyasına savaşın dayandırılması üçün təzyiq göstərilməsini məqsəd qoyub. Bu prosesdə Qətərin İran əleyhinə əməliyyatlara qatılması iddiası bölgədəki tarazlıqları daha da mürəkkəbləşdirib.

İsrailin “Jerusalem Post” qəzeti yazır ki, Qətər İran əleyhinə əməliyyatlara qoşulub və İran torpaqlarında hücumlar həyata keçirib. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın hücumlarını “terror aktı” kimi qiymətləndirib.

Referans Media xəbər verir ki, Körfəz Araşdırmaları Mərkəzinin direktoru Əbdüləziz Sager bildirir ki, bölgə ölkələri ya ABŞ əməliyyatına qoşulacaq, ya da öz torpaqlarında əlavə hücum riskinə məruz qalacaq.

Ekspertlər xəbərdarlıq edir ki, Körfəz ölkələrinin İran əleyhinə əməliyyatlara birbaşa qatılması savaşı daha da böyüdə bilər, lakin iştirak etməmələri də onların təhlükəsizlik, iqtisadi sabitlik və beynəlxalq nüfuzuna zərbə vuracaq.

BƏƏ və digər ekspertlər iddia edirlər ki, İranın hücumları daha geniş koalisiyanın yaranmasına səbəb olur. BƏƏ-nin Dubay Dövlət Siyasət Araşdırmaları Mərkəzinin direktoru Məhəmməd Bəhruun qeyd edir ki, Tehran Körfəz ölkələrini öz əleyhinə koalisiyaya sürükləyir.

BƏƏ Politika Mərkəzinin rəhbəri Ebtesam Əl-Ketbi xəbərdarlıq edir ki, Hörmüz Boğazının bağlanması və enerji nəqli yollarının kəsilməsi qlobal enerji təhlükəsizliyinə ciddi təsir göstərəcək. O bildirir ki, Körfəz uzunmüddətli müharibəyə dözməyəcək, bu da digər ölkələrin müdaxiləsini labüd edəcək.

Səudiyyə Ərəbistanı, BƏƏ, Katar, Bəhreyn, Küveyt və Oman üzvü olduğu Körfəz Əməkdaşlıq Şurası bazar günü fövqəladə nazirlər toplantısı keçirib. Toplantıdan sonra verilən açıqlamada bildirilir ki, BMT Nizamnaməsinin 51-ci maddəsi çərçivəsində qırmızı xətlər müəyyən olunub və artan təhlükələrə qarşı kollektiv müdafiəyə hazır olduqları bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki