NASA: “Starliner”in pilotlu uçuşu 2028-ci ilə planlaşdırılır

ABŞ Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) bildirib ki, Boeing şirkətinin hazırladığı Starliner kosmik gəmisinin növbəti pilotlu uçuşunun 2028-ci ildə həyata keçirilməsi planlaşdırılır.

Referans Media xəbər verir ki, bu barədə NASA-nın administratoru Cared Isaakman Floridada keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, pilotlu missiyadan əvvəl 2027-ci ildə Starliner gəmisinin Beynəlxalq Kosmik Stansiyaya pilotsuz sınaq uçuşu həyata keçiriləcək. Bundan sonra ekipajlı missiyanın icrasına başlanması nəzərdə tutulur.

İsaakmanın sözlərinə görə, hazırkı plana əsasən, astronavtların Starliner-2 missiyası ilə kosmosa göndərilməsi 2028-ci ildə baş tutacaq.

Astronavtlar Barri Yucin Vilmor və Sunita Uilyams 2024-cü il iyunun 5-də Starliner vasitəsilə Beynəlxalq Kosmik Stansiyaya çatmışdılar. Bu, Boeing-in kosmik gəmisinin ilk pilotlu uçuşu idi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki