image-nato-rusbackend

NATO-dan Rusiya haqda gözlənilməz etiraf

“NATO hazırda Rusiya ilə uzunmüddətli münaqişəyə hazır deyil”.

Referans Media  xəbər verir ki, bunu NATO-nun dəniz qüvvələri qrupunun komandiri vitse-admiral Joquin Ruiz Eskaqedo deyib.

Onun sözlərinə görə, ittifaq ölkələri hələ də qüvvələrini artırmalıdır:

“İmkanlarımızı itirdiyimizi deməzdim, amma qüvvələrimizi mümkün qədər tez bərpa etməli və gücləndirməliyik”.

Vitse-admiral problemlərin səbəbini NATO müttəfiqləri üçün onilliklər ərzində sualtı qayıqlara qarşı müharibənin prioritet olmaması ilə əlaqələndirib:

“Çünki alyansın diqqəti İraq və Əfqanıstan kimi yerlərdə olan quru qüvvələrinə yönəlmişdi”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki