NATO ilk dəfə iPhone və iPad-in məxfi məlumatlarla işləməsini təsdiqləyib

Smartfon iPhone və planşet iPad məxfi məlumatlarla işləmək üçün NATO tərəfindən sertifikatlaşdırılan ilk istehlakçı cihazları olub.

Referans Media xəbər verir ki, bu barədə ABŞ-ın Apple şirkəti məlumat yayıb.

“Apple bildirir ki, iPhone və iPad NATO ölkələrinin informasiya təhlükəsizliyi tələblərinə cavab verən ilk və yeganə istehlakçı cihazlarıdır. Bu isə iPhone və iPad-dən xüsusi proqram təminatı və əlavə sazlamalar olmadan məxfi, o cümlədən məhdud girişli məlumatlarla işləmək üçün istifadə etməyə imkan yaradır. Daha əvvəl heç bir istehlakçı mobil cihazı belə səviyyədə dövlət sertifikasiyası almamışdı”, – deyə Apple-ın rəsmi saytında yayılan açıqlamada bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki