Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Aparatının Ümumi şöbəsinə müdir təyin edilib.
Baş nazir Cabbar Musayev bununla bağlı müvafiq Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Xalid Məhərrəm oğlu Rzayev təyin olunub.
Qeyd edək ki, Xalid Rzayev bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisində Deputatlarla, komitələrlə və komissiyalarla iş şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.
