image-1771250620_1771250340_137408_699321bceccc5backend

Nazir onu idarə rəisi təyin etdi

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsinə yeni rəis təyin olunub.

 

Referans Media xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, Əkbərov Məmmədnağı Asiman oğlu Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

 

Qeyd edək ki, əmək fəaliyyətinə 2014-cü ildə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində başlayan Məmmədnağı Əkbərov sonrakı illərdə Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində direktor müavini vəzifəsində çalışıb. 2024-cü ildən isə Naxçıvan Şəhər Maliyyə İdarəsinin rəisi vəzifələrini müvəqqəti icra edib./unikal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki