Türkiyə Milli Komandası Dünya Kubokuna gedir: Pley-offdakı ehtimal olunan rəqibləri bunlardır

DÇ 2026-nın seçmə mərhələsinin E qrupunda son oyununda İspaniyanı qəbul edən Türkiyə Milli Komandası pley-off mərhələsinə vəsiqəni təmin edib. Qarşılaşma 2:2 hesabı ilə başa çatdıqdan sonra Türkiyənin play-off mərhələsindəki potensial rəqibləri bəlli olub.

Referans MEDİA xəbər verir ki, 2026-cı il dünya çempionatının Avropa seçmə mərhələsinin E qrupunun 5-ci matçında Bolqarıstanı 2:0 hesabı ilə məğlub edən Türkiyə Milli Komandası pley-off mərhələsinə vəsiqəni təmin edib. Təsnifat mərhələsində gecə oynanılan qarşılaşmaların ardından pley-off mərhələsinə yüksələcək bütün komandalar müəyyənləşib.

PLAY-OFF OYUNLARI NECƏ OLACAQ?

2026-cı il Dünya Çempionatının pley-off mərhələsində seçmə mərhələdən 12, Millətlər Liqasından isə 4 komanda iştirak edəcək. 16 komanda dörd səbətə bölünəcək və birinci səbətdən olan komandalar dördüncü səbətdən olan komandalarla, ikinci səbətdən olanlar isə üçüncü səbətdən olan komandalarla qarşılaşacaq.

2026-cı il Dünya Kuboku Pley-off mərhələsinin yarımfinal oyunları 26 mart 2026-cı ildə, final oyunları isə 31 mart 2026-cı ildə keçiriləcək. Bir oyunluq pley-off mərhələsinin finalında qalib gələn komanda Dünya Çempionatına vəsiqə qazanacaq. 1-ci və 2-ci səbətlərdəki komandalar ilk oyunlarını evdə keçirəcəklər. Cavab oyununun ev sahibi püşkatmadan sonra müəyyənləşəcək.

1-ci səbətdə yer alan Türkiyə 4-cü səbətdəki komandalardan biri ilə qarşılaşacaq. Pley-off səbətləri aşağıdakı kimidir:

1-ci səbət: Türkiyə, İtaliya, Ukrayna, Danimarka

2-ci səbət: Uels, Polşa, Çexiya, Slovakiya

3-cü səbət: Albaniya, İrlandiya, Kosovo, Bosniya və Herseqovina

4-cü səbət: Rumıniya, İsveç, Şimali İrlandiya, Şimali Makedoniya

Hansı turda kiminlə cütləşmək şansımız var?

Yarımfinal:

İsveçRumıniyaŞimali MakedoniyaŞimali İrlandiya

Final:

PolşaUelsÇexiyaSlovakiyaİrlandiyaAlbaniyaBosniya və HerseqovinaKosovo


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki