image-s-e4a578e2acbe9329602a1fbbf680a949bd41cdd2backend

Nə buğda, nə qarğıdalı: Ürək üçün ən faydalı çörək seçildi

Mütəxəssislər bildirir ki, çörək seçimi yalnız dad məsələsi deyil. Araşdırmalara görə, bir çox göstərici üzrə çovdar çörəyi digər növləri geridə qoyur.

Çovdar çörəyi tam buğda çörəyi ilə müqayisədə daha aşağı qlisemik indeksə malikdir. Bu isə qan şəkərinin daha yavaş yüksəlməsinə kömək edir və xüsusilə diabet xəstələri üçün faydalıdır. Araşdırmalar həmçinin göstərir ki, çovdar növbəti qidalanmada da qan şəkərini balansda saxlayan təsirə malikdir.

Ürək sağlamlığı baxımından da çovdar üstün sayılır. Tərkibindəki həll olunan liflər xolesterolu azaldaraq damarları qoruyur. Eyni zamanda bağırsaq sağlamlığına müsbət təsir edir, faydalı bakteriyaları qidalandırır və qəbizliyin qarşısını alır.

Çovdar çörəyi uzun müddət toxluq hissi yaratdığı üçün çəkiyə nəzarətdə də effektivdir.
Tövsiyə:

Tərkibində “tam çovdar unu” və ya “tam buğda unu” yazılan məhsulları seçin

Az işlənmiş, dənli çörəklərə üstünlük verin

Nəticə olaraq, tam buğda çörəyi faydalı olsa da, ürək sağlamlığı, xolesterin və qan şəkəri baxımından çovdar çörəyi daha üstün hesab olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki