Neft Emalı Zavodunda YANĞIN - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Neft Emalı Zavodundakı yanğınla bağlı məlumat yayıb.

FHN-dən Referans Media-ya  bildirilib ki, nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.


Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başlayıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, hazırda zavodun işçiləri təxliyə edilir.

Əlavə məlumat veriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki