“Real Madrid” “Mançester Yunayted”in akademiyasında çıxış edən 16 yaşlı hücumameyilli yarımmüdafiəçi Cozef Qabrielin (Cey-Cey Qabriel) transferi uğrunda mübarizədə əsas namizədə çevrilib.
Referans Media xəbər verir ki, gənc futbolçu uğrunda Avropanın nəhəng klubları arasında gedən rəqabətdə vəziyyət dəyişib.
Məlumata görə, ingiltərəli futbolçu Fransanın PSJ klubunun son müqavilə təklifini rədd edib. Almaniyanın “Bavariya” klubu transfer mübarizəsindən çəkilib, “Barselona” isə yarımmüdafiəçi uğrunda maliyyə yarışına qoşulmaq istəməyib.
Beləliklə, hazırda 16 yaşlı istedadın karyerasını davam etdirə biləcəyi ən real variant kimi “Real Madrid” göstərilir./Lent.az/
