Nigeriyada sərnişin avtobusu yük maşını ilə toqquşub.
Referans Media xəbər verir ki, Nigeriyanın Enugu ştatında sərnişinlərin olduğu avtobusun yük maşını ilə toqquşması nəticəsində 11 nəfər ölüb, 7 nəfər yaralanıb.
Nigeriya Milli Yol Təhlükəsizliyi İdarəsinin Enugu Ştatı rəisi Franklin Agbakoba bildirib ki, qəza Enugu–Port Harcourt yolunda baş verib. Agbakoba vurğulayıb ki, hadisə zamanı 11 nəfər həyatını itirib, 7 nəfər isə xəsarət alıb.
