Dünya çempionatı ilə vidalaşdı, yarım saat sonra istefasını açıqladı

2026-cı il dünya çempionatında ilk baş məşqçi istefası gerçəkləşib. Qrup mərhələsində mübarizəni dayandıran Şotlandiya millisinin baş məşqçisi Stiv Klark vəzifəsindən ayrıldığını açıqlayıb.

Referans Media xəbər verir ki, təcrübəli mütəxəssis qərarını komandasının mundialla vidalaşmasından təxminən yarım saat sonra açıqlayıb.

Təxminən 7 il Şotlandiya millisini çalışdıran Klark vida müraciətində futbolçularına təşəkkür edib.

"Bu ayrılığın ən emosional tərəfi futbolçularımla bağlıdır. Onlar olmasaydı, 2019-cu ildən bu günə qədər yaşadığımız heç bir unudulmaz an mümkün olmazdı. Onların baş məşqçisi olmaq mənim üçün böyük şərəf idi", -deyə o bildirib.

Şotlandiya millisi DÇ-2026-da C qrupunu 3 xalla üçüncü pillədə başa vurub. Komandanın növbəti mərhələyə yüksəlmək ümidi Xorvatiya – Qana görüşünün nəticəsindən asılı idi. Lakin Xorvatiyanın 2:1 hesablı qələbəsi Şotlandiyanın mundialla vidalaşması ilə nəticələnib. Şotlandların pley-offa yüksəlməsi üçün Qananın rəqibini ən azı üç top fərqi ilə məğlub etməsi tələb olunurdu.

Qeyd edək ki, Şotlandiya indiyədək iştirak etdiyi dünya və Avropa çempionatlarının heç birində qrup mərhələsini adlaya bilməyib./Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki