Türkiyəli müğənni Bülənt Ərsoy ötən gün Kuşadasında səhnəyə çıxıb.
Referans Media-ın məlumatına görə, müğənninin konsert proqramı nəzərdə tutulduğundan gec başlayıb. Ərsoy gecikməsini səhhətində yaranan problemlərlə izah edib.
Lakin konserti izləməyə gələnlərdən biri bu açıqlamanı qəbul etməyərək yüksək səslə “Tamaşaçıya hörmət” deyə etiraz edib.
İfaçı isə tamaşaçılarına hörmət etdiyi üçün səhnəyə çıxdığını bildirib. Buna baxmayaraq, müğənni daha sonra əsəbiləşərək həmin şəxsi təhqir edib./Axşam.az/
