Bir dövrün məşhur serialı “Adanalı”da canlandırdığı Maraz Ali obrazı ilə böyük şöhrət qazanan Mehmet Akif Alakurt illər sonra yenidən gündəmə gəlib.
Referans Media xəbər verir ki, uzun müddətdir ekranlardan uzaq olan aktyorun karyerası ilə bağlı diqqətçəkən qərar verdiyi məlum olub.
Mehmet Akif Alakurtun uzun fasilədən sonra yenidən aktyorluğa qayıtmağı planlaşdırdığı bildirilir.
Bir neçə ildir film və serial layihələrində yer almayan Alakurtun bu qərarı xüsusilə onu “Adanalı” serialındakı Maraz Ali obrazından tanıyan tamaşaçıların diqqətini çəkib. Aktyorun hansı layihə ilə ekranlara qayıdacağı və yeni rolunun nə olacağı barədə isə hələlik ətraflı məlumat açıqlanmayıb.
Alakurtun mümkün dönüşü onun illərdir yeni layihəsini gözləyən pərəstişkarları arasında da böyük maraq yaradıb.
