Gülben Ergen yay tətilinə belə vida etdi – Son görüntüləri GÜNDƏM OLDU!

Türkiyənin məşhur müğənnisi Gülben Ergen yay tətilinin son gününü hovuzda keçirərək mövsümlə vidalaşıb.

Referans Media xəbər verir ki, yeni tədris ilinin başlaması ilə yay tətili başa çatarkən, Gülben Ergen də sosial media hesabında tətilinin son günündən görüntülər paylaşıb.

Son günün dadını hovuzda çıxardı

Günəşli havadan yararlanan sənətçi tətilinin son gününü hovuzda üzərək və dincələrək keçirib. Ergen həmin anları izləyiciləri ilə bölüşüb.

Müğənni paylaşımına “Sabah məktəblər açılırsa, bu gün tətilin son günüdür” qeydini əlavə edib.

Gülben Ergenin yay tətilinin son gününü hovuzda keçirməsi sosial mediada da diqqət çəkib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki