Onlar Azərbaycan vətəndaşlığından məhrum ediləcək!

Təəssüf ki, başqa ölkələrdəki hərbi münaqişələrdə iştirak edən Azərbaycan vətəndaşları da olur

Referans Media  APA-ya istinadla xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Əymən Əs-Səfadinlə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu, müxtəlif vədlər və yollarla həyata keçirilir:

“Bir daha Azərbaycan vətəndalarına çağırış edirəm ki, bu, Azərbaycanda cinayət hesab olunur, qanunvericiliyin pozulmasıdır. Bu kimi hərəkətlər hətta Azərbaycan vətəndaşlığından məhrum edilmə ilə nəticələnə bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki