Tunis və Əlcəzairdə tapılan qədim insan qalıqlarından götürülmüş DNT analizləri göstərir ki, Avropadakı ibtidai insanlar təxminən 8500 il əvvəl qayıqla Şimali Afrikaya səfər ediblər.
Referans Media xəbər verir ki, bu barədə “Arkeofili” nəşri məlumat yayıb.
“Arxeoloqlar Şərqi Məğribdə 6–10 min il əvvəl yaşamış doqquz insanın sümüklərindən və dişlərindən DNT analizi götürüblər. Djebba arxeoloji sahəsində tapılan qalıqlardan birinin DNT-sinin təxminən 6 faizi avropalı ibtidai insanlar ortaqdır. Bu, erkən dövr Avropa və Şimali Afrika əhalisi arasında genetik əlaqənin ilk açıq sübutudur və onların Aralıq dənizi üzərində qarşılıqlı təsirinin əvvəllər düşünüləndən daha çox olduğunu göstərir.
(Djebba mağarasının görüntüsü)
Pantelleria adasından tapılan izlər ibtidai insanların dəniz səfərləri zamanı bir neçə adada dayandığını göstərir.
Bu kəşf Daş dövrü insanlarının Aralıq dənizi üzərində nəqliyyat və qarşılıqlı əlaqə imkanlarına malik olduğunu göstərən ilk genetik sübutlardan biridir və miladdan əvvəl Şimali Afrika ilə Avropa arasında sıx əlaqələrin mövcudluğunu ortaya qoyur”, – məlumatda qeyd edilib./Globalinfo.az





















