Pakistan Hərbi Hava Qüvvələri Kabilə hava zərbələri endirib.
Pakistan Hərbi Hava Qüvvələri Əfqanıstanın paytaxtı Kabilə iki hava zərbəsi həyata keçirib.
Hədəfin Pakistan ərazisində son aylarda baş verən hücumlara görə məsul tutulan silahlı qruplar olduğu bildirilir. Zərbələr nəticəsində dağıntılar və itkilər barədə dəqiq məlumat hələlik açıqlanmayıb.
Hadisə iki qonşu ölkə arasında gərgin münasibətlərin daha da kəskinləşəcəyi ehtimalını artırıb./Globalinfo.az
