Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsi start götürüb.
Referans Media xəbər verir ki, ilk matçda son çempion PSJ ilə Almaniya nəhəngi “Bayern” üz-üzə gəliblər.
Luis Enrikenin baş məşqçisi olduğu parislilər rəqibini Fransada üstələməyi bacarıblar.
Tərəflər arasında cavab görüşü mayın 6-da baş tutacaq.
Xatırladaq ki, yarımfinalın digər matçı aprelin 29-da təşkil olunacaq. “Atletiko Madrid” İspaniyada London “Arsenal”ını qonaq edəcək.
UEFA Çempionlar Liqası
1/2 final, ilk oyun
28 aprel
PSJ (Fransa) – “Bayern Münhen” (Almaniya) 5:4
Qollar: X.Kvarasxeliya, 24, 56. J.Neveş, 33. O.Dembele, 45+5-pen, 58. – H.Keyn, 17-pen. M.Olise, 41. D.Upamekano, 65. L.Dias, 68.






















