Paşinyan Rusiyaya səsləndi: “Azərbaycan vasitəsilə edə bilərik, satın”

“Ermənistanın blokadasını qismən aradan qaldıra bilmişik. İranla dəmir yolu əlaqəmiz də olacaq”. 

Referans Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Paşinyan TRIPP layihəsinin Ermənistan üçün yeni imkanlar açacağını bildirib: 

“Bu marşrut Ermənistanın cənub sərhədindən, Araz sayi sahilindən keçəcək. Sovet dövründə mövcud olan, hamımızın bildiyi dəmir yolu xətti üzrə olacaq. Həmin dəmir yolu Ermənistanı Azərbaycan vasitəsilə Rusiyaya və Mərkəzi Asiyaya birləşdirəcək. Beləliklə Şərqdən Qərbə böyük yük daşımaları həyata keçirəcəyik. Amma ölkəmizin dəmir yolu infrastrukturu Rusiyanın nəzarəti altındadır. Buna görə biz Ermənistanın beynəlxalq dəmir yoluna inteqrasiyası fürsətini itirə bilərik. Buna imkan verməməliyik. Biz rusiyalı tərəfdaşlarımızdan çeviklik göstərmələrini və konsessiya hüquqlarını Ermənistan və Rusiya üçün məqbul olan üçüncü ölkəyə satmalarını xahiş edirik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki