“Trabzonspor” yay transfer dönəmində ulduz transferlərinə daha birini əlavə edib. Bordo-mavililər braziliyalı yarımmüdafiəçi Fabinyo ilə razılığa gəlib. Azad agent statusunda olan 32 yaşlı futbolçunun bu gün Trabzonda olacaq.
Təcrübəli futbolçunun transferi ilə “Trabzonspor”un yarımmüdafiə xəttində mühüm güclənmə baş verəcək. Fabinyo daha əvvəl “Liverpul”da birlikdə çıxış etdiyi Məhəmməd Salahla bu dəfə Türkiyə klubunda komanda yoldaşı olacaq.
Baş məşqçi Fatih Tekkenin heyətə əlavə oyunçu cəlb olunmasını istədiyi mövqelərdən biri 6 nömrə idi. Bu istiqamətdə çalışmalarını davam etdirən “Trabzonspor” rəhbərliyi Fabinyo transferində razılığa gəlib.
Son olaraq Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda çıxış edən braziliyalı futbolçunun müqaviləsi başa çatıb. Fabinyo ilə razılaşan Türkiyə təmsilçisi bununla mərkəz müdafiə xəttinə təcrübəli oyunçu qazandırıb.
Fabinyonun transferinin ən diqqətçəkən məqamlarından biri isə onun Məhəmməd Salahla yenidən eyni komandada çıxış edəcək olmasıdır.
Braziliyalı futbolçu ilə misirli ulduz 2018-2023-cü illərdə “Liverpul”un formasını birlikdə geyiniblər. İndi isə iki futbolçu karyeralarında yeni səhifə açaraq “Trabzonspor”un uğurları üçün mübarizə aparacaqlar.
Fabinyo karyerasının son üç mövsümünü “Əl-İttihad”da keçirib. Braziliyalı yarımmüdafiəçi Səudiyyə Ərəbistanı klubunun heyətində 111 rəsmi oyuna çıxıb.
O, 2023-cü ilin yayında “Liverpul”dan “Əl-İttihad”a transfer olunmuşdu. Müqaviləsinin başa çatmasından sonra azad agent olan Fabinyo yeni klubunu “Trabzonspor” seçib.
Braziliyalı ulduzu daşıyan özəl təyyarənin Portodan hərəkət edərək saat 11:30-da Trabzona çatacağı gözlənilir.
