“Ermənistanda bəzi müxalif siyasi qüvvələrin ölkənin 29 743 kvadrat kilometrlik ərazi ilə kifayətlənməməli olduğu barədə səsləndirdiyi fikirlər təhlükəlidir”.
Referans Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Paşinyan qeyd edib ki, hər hansı siyasi qüvvə Ermənistanın 29 743 kvadrat kilometrlik ərazi ilə məhdudlaşmamalı olduğunu deyirsə, bu, faktiki olaraq qaçılmaz müharibəyə çağırış mənasına gəlir.
“Belə halda artıq mübahisə mövzusu qalmır”, – baş nazir bildirib/Globalinfo.az























