Ermənistanın sərhəd qoşunlarının komandanı vəzifəsindən azad edilib. Bu qərar Ermənistan Prezidenti Vaaqn Xaçaturyan tərəfindən Baş nazir Nikol Paşinyanın təklifi ilə verilib.
Müvafiq fərman Ermənistan prezidentinin saytında dərc olunub .
“Edqar Hunanyan Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı vəzifəsindən azad edilsin”, – sənəddə qeyd olunur.
Hunanyanın işdən çıxarılma səbəbləri açıqlanmayıb.
Qeyd edək ki, o, 2024-cü ilin iyulunda Ermənistan Sərhəd Qoşunlarının komandanı təyin edilib./Globalinfo.az
