Pentaqon rəhbəri NATO-yu "kağız pələng" adlandırdı

ABŞ-ın Müdafiə naziri (Pentaqon rəhbəri) Pit Heqset Şimali Atlantika Alyansına üzv ölkələrin müdafiə nazirlərinin görüşündə NATO-nu kəskin tənqid edib.

Referans Media  xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
 

Heqset qeyd edib ki, NATO çox uzun müddətdir ki, yalnız adı olan, lakin real gücü əks etdirməyən bir "kağız pələng"ə çevrilib. Pentaqon rəhbərinin sözlərinə görə, alyans yenidən sərt və funksional bir hərbi ittifaqa çevrilməlidir.

O, üzv dövlətləri müdafiə xərclərini artırmağa və qlobal təhdidlərə qarşı daha qətiyyətli hərbi mövqe nümayiş etdirməyə çağırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki