Sakinlərə xoş xəbər: burada da pulsuz çimərlik yaradılır

Sumqayıt İctimai Çimərlik ərazisində genişmiqyaslı yenidənqurma işlərinə başlanılıb.

Referans Media Modern.az-a istinadən xəbər verir ki, Bakının Pirşağı və Şıxov çimərliklərində tətbiq edilən ictimai çimərlik modeli artıq Sumqayıtda da reallaşdırılır.

Layihə çərçivəsində Corat qəsəbəsi sahilində, “Regnum” restoranının yaxınlığındakı geniş boş ərazidə avtomobillər üçün ayrıca geniş parkinq yeri salınır, günvurma riskinin qarşısını almaq məqsədilə xüsusi kölgəliklər quraşdırılır.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki