Ermənistanın müxalif "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyan yaxın vaxtlarda müxalifətin böyük mitinqini çağırmaq niyyətində olduğunu açıqlayıb.
Referans Media xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi yayıb.
Hələlik aksiyanın dəqiq keçirilmə tarixi və müzakirə olunacaq əsas tələblər barədə ətraflı məlumat verilməsə də, Karapetyan bəyanatında müxalif qüvvələrin genişmiqyaslı səfərbərliyinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
