Saatlı rayonunda fermer təsərrüfatında çalışan çoban külli miqdarda mənimsəmədə ittiham olunaraq həbs edilib.
Referans Media xəbər verir ki, Dədə Qorqud kənd sakini Nahid Təhməzov fermer Kamal Kərimova məxsus 2 mindən artıq xırdabuynuzlu heyvanı müxtəlif vaxtlarda sataraq əldə etdiyi vəsaiti şəxsi ehtiyaclarına xərcləməkdə şübhəli bilinir.
İddialara əsasən, nəticədə sahibkara 700 min manatdan çox maddi ziyan dəyib. Ziyanın məbləği heyvanların sayı, çəkisi və ətin bazar qiyməti nəzərə alınmaqla müəyyən edilib.

Fermerin hüquq-mühafizə orqanlarına müraciətindən sonra Nahid Təhməzov barəsində cinayət işi başlanıb və o, həbs edilib.
Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi - xüsusilə külli miqdarda mənimsəmə ittihamı irəli sürülüb.
Təqsiri məhkəmədə sübuta yetiriləcəyi təqdirdə, onu 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.\\qafqazinfo