Pezeşkian: İran bütün qonşuları ilə dinc yanaşı yaşayacağına inanırbackend

Pezeşkian: İran bütün qonşuları ilə dinc yanaşı yaşayacağına inanır

  “İran bütün qonşu ölkələrlə dinc yanaşı yaşamağa inanır və dost olmayan dövlətlərin regionda nifaq salmaq cəhdlərinə birgə müqavimət göstərməyə ümid edir”.

Referans xəbər verir ki, bunu İran xalqına müraciətində İslam Respublikasının Prezidenti Məsud Pezeşkian deyib.

Ölkə prezidenti bildirib: “Mən qonşu ölkələrə və bütün regiona bəyan edirəm ki, Yaxın Şərqdə dinc birgəyaşayış və sabitliyə dərindən inanırıq. İranın nüfuzu və müdafiə qüdrəti həmişə müsəlman qardaşlar və tarixi qonşular arasında sülh və dostluğa xidmət edib. Bizim ümumi müdrikliyimiz aramıza nifaq salmaq istəyən düşmənlərin planlarını alt-üst edəcək”./Teleqraf  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki