image-pezestian-erdoganbackend

Pezeşkian raket hücumuna görə Ərdoğana zəng etdi

İran prezidenti Məsud Pezeşkian Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Tehranın Yaxın Şərqdə gərginliyin azaldılmasına hazır olduğunu bildirib.

Referans Media xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Pezeşkian qeyd edib ki, İran qonşu ölkələrin ərazilərindən İrana qarşı hücumlar üçün istifadə olunmayacağı təqdirdə regionda deeskalasiyaya hazırdır.
İran prezidenti həmçinin bildirib ki, ABŞ və İsrail İranla onun qonşuları arasında ixtilaf yaratmağa çalışır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki