Məşhur aktrisa Pınar Altuğ sosial mediada 19 yaşında çəkdirdiyi nostaljik fotosunu paylaşıb. Paylaşım qısa müddətdə çoxlu bəyənmələr gəlib və sosial mediada trend mövzusuna çevrilib.
Referans MEDİA xəbər verir ki, sevilən ekran adı Pınar Altuğ keçmişindən bir paylaşımla sosial mediada böyük marağa səbəb olub. 19 yaşında çəkdirdiyi fotosunu izləyiciləri ilə paylaşan Altuğun paylaşımına qısa zamanda çoxlu şərhlər və bəyənmələr gəlib. İzləyiciləri aktrisanın illər ərzində gözəlliyini itirmədiyini qeyd ediblər.
“Çocuklar Duymasın” serialındakı Meltem rolu ilə geniş pərəstişkar kütləsinə çatan və bir dövrə iz qoyan aktrisa Pınar Altuğ, şəxsi həyatı və paylaşımları ilə tez-tez gündəmdə olmağa davam edir.
Özündən 9 yaş kiçik Yağmur Atacanla 17 il əvvəl ailə quran Altuğ, uzun illərdir davam edən yaş fərqi ilə bağlı şərhlərə fikir vermədiyini hər fürsətdə dilə gətirir.
Altuğ bu yaxınlarda yayımlanan bir verilişdə evliliyi ilə bağlı şərhlərə cavab olaraq “Yağmurla 17 ildir xoşbəxt evliyik. Özünüzü rahat hiss edirsinizsə, heç kimə cavab vermək məcburiyyətində deyilsiniz. Həyatımda ən böyük cəsarət nümunəsi ərimlə birlikdə olmaq idi. Əgər bu, ictimaiyyətin qərarı olsaydı, çoxdan ayrılardıq” dedi.
Sosial mediadan aktiv istifadə edən Pınar Altuğ son paylaşımı ilə izləyicilərini nostalji səyahətə çıxarıb.
Məşhur aktrisa İnstaqram hesabında 19 yaşında olanda çəkdirdiyi şəkli paylaşaraq “Budur, 19 yaşlı Pınar!” yazıb.
Paylaşım qısa zamanda böyük marağa səbəb oldu.
























