Polşa Belarusla sərhədləri bağlayır: yalnız bu halda açılacaq

  Polşa Belarusla sərhədini bağlamaq qərarına gəlib. 

Bu barədə ölkənin daxili işlər naziri Marçin Kervinski sosial şəbəkə hesabında açıqlama yayıb.

Nazirin sözlərinə görə, sərhəd-keçid məntəqələrinin tamamilə bağlanması barədə qərar Baş nazir Donald Tuskun göstərişi əsasında qəbul edilib:

“Keçidlər yalnız o zaman açılacaq ki, biz Polşa vətəndaşları üçün heç bir təhlükə olmadığına 100 faiz əmin olaq”.

Məlumata görə, sərhədin sentyabrın 12-nə keçən gecə bağlanması planlaşdırılır. Qərara dəmir yolu üzərindəki sərhəd-keçid məntəqələri də daxildir.

Baş nazir Donald Tusk daha əvvəl bildirmişdi ki, bu addım Belarus və Rusiyanın “Qərb-2025” adlı birgə hərbi təlimləri ilə əlaqədar atılıb. Təlimlərin Polşa sərhədinə yaxın ərazilərdə keçirilməsi Varşavada təhlükəsizliklə bağlı narahatlıqları artırıb./Globalinfo.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki