Prezident Fərman İMZALADI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 aprel tarixli 25 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 4, maddə 372; 2025, № 1, maddə 28) ilə təsdiq edilmiş “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi”nin 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4.20-ci bəndin üçüncü cümləsində “bir” sözü “3 (üç)” sözləri ilə əvəz edilsin;

1.2. 4.21-ci bənddə “müavini” sözü “müavinlərindən biri” sözləri ilə əvəz edilsin;

1.3. 4.22-ci bənddə “müavini” sözü “müavinləri” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 iyul 2025-ci il


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki