image-1768489254_5ffd4a076e9c8fc091412e39cdb5d9f1_6742785backend

Prezident onu vəzifəsindən azad etdi

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Əli oğlu Hüseynov vəzifəzindən azad edilib.

 

Referans Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

 

Qeyd edək ki, İ.Hüseynov müxtəlif vəzifələrdə çalışıb, 2004-2010-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolunun iqtisadi məsələlər üzrə rəis müavini, 2010-2026-cı illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini vəzifələrində çalışıb.(APA)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki